Icma.az, Marja.az portalına istinadən məlumat yayır.
Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı təsdiq edilib.
Marja xəbər verir ki, Azərbaycanda “Turizm kəndi” konsepsiyasının tətbiqinə başlanılması və turizm potensialına malik 8 kənddə yeni infrastrukturun yaradılması nəzərdə tutulur.
Kəndlər üzrə ayrıca Tədbirlər Planı hazırlanacaq. Avtomobil yolları, kommunal xidmətlər, turizm obyektləri, məlumatlandırma və digər zəruri infrastrukturun inkişaf etdirilməsi planlaşdırılır. Əsas hədəflərdən biri turizm xidməti göstərən ailə təsərrüfatlarının orta illik gəlirlərinin artırılmasıdır.
Dövlət Proqramı çərçivəsində azı 4 dövlət qoruğunda və ya abidə ərazisində yeni dayanıqlı turizm xidmətləri yaradılacaq. Üç milli parkda və ya digər təbiət ərazisində ekoloji turizm infrastrukturu inkişaf etdiriləcək.
Ov turizminin inkişafı məqsədilə ən azı 2 ov təsərrüfatının beynəlxalq standartlara uyğun yenidən qurulması və istifadəyə verilməsi planlaşdırılır.
Regionlarda yerləşən 8 yeni turizm məntəqəsinin avtomobil, avtobus və dəmir yolu əlaqələri yaxşılaşdırılacaq. Ən azı 3 ərazidə hibrid turist informasiya mərkəzləri yaradılacaq.
Naftalanda ayrıca turizm strategiyası hazırlanacaq, Regional Turizm Şurası yaradılacaq və ən azı 5 yeni turizm məhsulu istifadəyə veriləcək. Şəhər infrastrukturunun “yaşlılar üçün turizm” prinsiplərinə uyğunlaşdırılması da nəzərdə tutulur.