Azərbaycanın daha bir boksçusu DÇnin finalına adladı

04.11.2024

Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan daha bir boksçusu Monteneqronun Budva şəhərində gənclər arasında keçirilən dünya birinciliyində finala adlayıb.

QOL.az xəbər verir ki, bu, Əli Abdullayev (63,5 kq) olub. O, yarımfinalda Camel Cemmalla (Fransa) qarşılaşıb və 4:1 hesablı qələbə qazanıb.

Yarımfinalda digər boksçularımızdan Zidan Hümbətov (51 kq) Castin Morenaya (Kolumbiya) 1:4 hesabı ilə, Məhəmmədəli Qasımzadə (60 kq) isə Platon Kozlova (Rusiya) 0:5 hesabı ilə uduzub. Onlar bürünc medal qazanıblar. 

Qeyd edək ki, bunadək Azərbaycanın daha bir boksçusu finala yüksəlib. Bilalhəbaşi Nəzərov (48 kq) həlledici döyüşə çıxmaq hüququ qazanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью