Azərbaycanın daha bir cüdoçusu zədələndi

23.04.2025

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Monteneqroda keçirilən cüdo üzrə Avropa çempionatında Azərbaycan milli komandasının heyətində növbəti dəyişiklik edilib.

Teleqraf xəbər verir ki, qadınlar arasında 52 kq çəki dərəcəsində yarışmalı olan Aydan Vəliyeva turnirdən öncə zədə aldığı üçün heyətdən kənarlaşdırılıb. Onu Gültac Məmmədəliyeva əvəzləyib.

Məmmədəliyeva qitə birinciliyinin ilk görüşündə almaniyalı Çiara Serraya uduzub.

Qeyd edək ki, daha əvvəl Azərbaycan milli komandasının üzvü Hidayət Heydərov (73 kq) zədə səbəbindən Rəşid Məmmədəliyevlə əvəzlənib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью