Azərbaycanın daha bir güləşçisi Avropa çempionu adını qazandı

13.07.2026

Sportal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın daha bir sərbəst güləşçisi Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-20 Avropa çempionatında qızıl medal qazanıb.

Sportal.az xəbər verir ki, son yarış günündə Yusif Dursunov heç bir rəqibinə şans verməyib.

125 kq çəkidə mübarizə aparan idmançımız finalda rusiyalı Soslan Qabuyevi məğlub edib - 4:3.

Digər finalçılarmız - Camal Abbasov (61 kq) və Nurlan Ağazadə (74 kq) həlledici görüşlərdə uduzaraq gümüş mükafatla kifayətlənib.

Məhəmməd Abbaszadə (86 kq) isə israilli üçüncü yeri tutub.

Xatırladaq ki, dünən sərbəst güləşçilərimizdən Hacı Kərimov (70 kq) Avropa çempionu adına yiyələnib.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью