Azərbaycanın daha bir idmançısı Avropa çempionu oldu

05.09.2026

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanın daha bir cüdoçusu Monteneqronun paytaxtı Podqoritsa şəhərində keçirilən U-21 Avropa çempionatında qızıl medal qazanıb.

Axar.az xəbər verir ki, 90 kiloqram çəki dərəcəsində çıxış edən Süleyman Şükürov almaniyalı Konstantin Distelə ipponla qalib gələrək karyerasında ikinci dəfə qitə çempionu olub.

Davud Namazlı (100 kiloqram) və Ramazan Əhmədov (+100 kiloqram) isə yarışı bürünc mükafatla başa vurublar.

Bununla da Azərbaycan cüdoçuları Avropa çempionatını ümumilikdə 5 medalla tamamlayıblar. Daha əvvəl Ayxan Mirzəzadə (60 kiloqram) və Məhəmməd Musayev (66 kiloqram) Avropa çempionu olublar.

Qeyd edək ki, Avropa çempionatında 44 ölkədən 400 cüdoçu (222 oğlan, 178 qız) iştirak edib. Azərbaycan yarışda 10 çəki dərəcəsində 14 cüdoçu (9 oğlan, 5 qız) ilə təmsil olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью