Azərbaycanın daha bir millisindən biabırçı nəticə

26.11.2024

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.

QOL.az xəbər verir ki, B Liqasının 5-ci qrupunda yer alan millimiz İsveçrə yığması ilə üz-üzə gəlib.

Kiprin “Kouklia Community” stadionunda təşkil olunan qarşılaşma millimizin biabırçı məğlubiyyəti ilə başa çatıb - 0:8.

Qrupun digər matçında isə Kipr və Estoniya milliləri üz-üzə gələcək.
26 noyabr
13:00.İsveçrə (U-19) - Azərbaycan (U-19) - 8:0
Baş hakim:
Kristina Kozoroh (Ukrayna)
Kouklia Community stadionu

16:30. Kipr (U-19) - Estoniya (U-19)

Qeyd edək ki, U-19 noyabrın 29-da Estoniya, dekabrın 2-də isə Kiprlə qarşılaşacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью