Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır. Noyabrın 11-dən Bakıda start götürmüş Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmə
Amma artıq indidən noyabrın 22-dək sürəcək dünyanın ən mötəbər tədbirini baş tutmuş saymaq olar.
Heç şübhəsiz, Azərbaycanın toplantıya yüksək evsahibliyi gerçəkləşdirdiyini də söyləmək üçün ciddi əsaslar var.
Qətiyyətlə demək olar ki, COP29 müasir Azərbaycanın növbəti uğur hekayəsidir. Bunu şərtləndirən bir çox amillər var.
Əvvəla, Azərbaycanın nüfuzlu toplantılara evsahibliyi fonunda güclü lider amilinə xüsusi diqqət yetirmək vacibdir.
Bu mənada Prezident İlham Əliyevin dünya miqyaslı siyasətçi obrazı üzərində dayanaq.
Bəli, dövlətimizin başçısının güclü lider obrazının COP29 məsələsində də tam parlaqlığı ilə canlandığını gördük.
Əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin ayrı-ayrı mövzulardakı çıxışları dünyanın Azərbaycanı yenidən kəşf etməsinə şərait yaratdı.