Azərbaycanın daha dörd sərbəst güləşçisi dünya çempionatında mübarizəyə başlayır

30.10.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanın dörd sərbəst güləşçisi Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında bu gün mübarizəyə start verəcək.

Redaktor.az xəbər verir ki, Nurəddin Novruzov (61 kq), Kənan Heybətov (70 kq) və Arseniy Djioyev (86 kq) və Giorgi Meşvildişvili (125 kq) xalça üzərinə çıxacaq.

N.Novruzov, K.Heybətov və G.Meşvildişvili ilk mərhələdən azaddır.

A.Djioyev Bəhreyn təmsilçisi Xıdır Saypudinovla (Bəhreyn) üz-üzə gələcək.

Ötən gün mübarizəyə qoşulan sərbəst güləşçilərdən Rəşid Babazadə (65 kq) və Maqomedxan Maqomedov (97 kq) medal şanslarını itirib.

Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) gümüş medal qazanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью