Azərbaycanın daha iki idmançısı ABŞdə keçiriləcək dünya çempionatında iştirak edəcək

13.01.2025

Icma.az, Report.az portalına istinadən məlumat yayır.

Azərbaycanın daha iki təmsilçisi ABŞ-nin Boston şəhərində keçiriləcək fiqurli konkisürmə üzrə dünya çempionatında çıxış edəcək.

Bu barədə "Report"a Qış İdman Növləri Federasiyasının baş katibi Günel Bədəlova məlumat verib.

Onun sözlərinə görə, Samanta Ritter - Daniel Brikalov cütü buna nail olub.

Bolqarıstanda gerçəkləşən “Sofia Trophy” turnirində buz üstündə rəqs üzrə 157,54 xal toplayan idmançılar mundialda iştirak hüququ əldə ediblər.

Qeyd edək ki, daha əvvəl qısa və sərbəst proqram üzrə 23 idmançı arasında 172.80 xalla beşinci olan Nərgiz Süleymanovanın dünya çempionatına vəsiqə qazandığı bəlli olub.

Bizim WhatsApp kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью