Reyting.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Şamaxı rayonunda baş verib.
Reyting.az-ın məlumatına görə, zəlzələnin episentri Pirqulu ərazisidir.
Yeraltı təkanlar episentrdə 4 bal, ətraf ərazilərdə 4-3 bal hiss olunub.
***
Şamaxı və Xızı rayonlarında yenidən zəlzələ olub.
Reyting.az xəbər verir ki, bu barədə Seysmoloji Xidmət Mərkəzindən bildiriblər.
Qeyd edilib ki, 3.1 maqnitudalı zəlzələ yerli vaxtla 16:04-də 4 km dərinlikdə baş verib.
Zəlzələ hiss olunmayıb.
***
Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.
Reyting.az xəbər verir ki, bu barədə FHN-nin Mətbuat xidmətinin məlumatında deyilir.
Qeyd olunub ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 05.06.2025-ci il tarixində yerli vaxtla saat 16:02-də Şamaxı rayonu ərazisində 7 km dərinlikdə 3.7 maqnituda və 16:04-də 4 km dərinlikdə 3.1 maqnituda zəlzələlər qeydə alınıb.