Azərbaycanın daimi nümayəndəsi BMT Baş katibinin müavini ilə görüşüb

26.02.2025

Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanın BMT yanında daimi nümayəndəsi Tofiq Musayev beynəlxalq təşkilatın Sivilizasiyalar Alyansının ali nümayəndəsi, baş katibin müavini Migel Anxel Moratinosla görüşüb.

Gununsesi.info xəbər verir ki, bu barədə BMT baş katibinin müavini “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Tofiq Musayevi Azərbaycanın BMT yanında yeni Daimi Nümayəndəsi kimi səfərdə qəbul etməkdən çox məmnunam. Biz mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqinə yönəlmiş təşəbbüslər üzrə davam edən əməkdaşlığımızı müzakirə etdik”, – BMT nümayəndəsi qeyd edib. “Report”

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью