Azərbaycanın Dakar 2026 dakı boks təmsilçisi məlum oldu

04.11.2026

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

Dakar-2026 Yeniyetmələrin dördüncü Yay Olimpiya Oyunlarında noyabrın 7-də boks yarışlarına start veriləcək.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.

Bildirilib ki, Seneqalda təşkil olunan Olimpiadada ölkəmizi Gülər Hüseynova təmsil edəcək.

Baş məşqçi İlkin Ağayevin rəhbərliyi altında yarışa qatılacaq boksçumuz 51 kq çəki dərəcəsində rinqə çıxacaq. Oyunların mükafatçılarının adlarına noyabrın 12-də aydınlıq gələcək.

Qeyd edək ki, boksçumuz noyabrın 5-də Dakara yollanacaq.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью