Azərbaycanın Davosda güc balansı: Əliyevin Euronewsə müsahibəsinin məqamları | Icma.az
Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq. “Ölkə başçısı İlham Əliyevin Davosdakı çıxışı Azərbaycanın qlobal siyasətdə həm nüfuzlu, hə
Belə ki, çıxışın mərkəzində sülh, sabitlik, enerji təhlükəsizliyi və beynəlxalq hüquq prinsiplərinə uyğun hərəkət məsələləri durur:“Preziden
Artıq güc və real imkanlar əsas rol oynayır. Bu yeni erada hər bir dövlət öz siyasətini milli maraqlara və real potensiala uyğunlaşdırmalıdı
Azərbaycan isə bu yanaşmada nümunə göstərir. Ölkə həm regional əməkdaşlıq, həm də qlobal tərəfdaşlıqlarda uğurla balans yarada bilib.
Bu strategiya həm milli suverenliyi qorumaq, həm də ölkənin inkişafını təmin etmək baxımından effektlidir”.Bağırzadə deyib ki, müsahibədə Prezidentin vurğuladığı digər önəmli məqam Cənubi Qafqazda sülh və əməkdaşlıqla bağlı olub:“O qeyd edib ki, “Zayed İnsan Qardaşlığı Mükafatı”nın alınması Azərbaycan üçün yalnız rəmzi mükafat deyil, həm də regionda 30 ildən artıq davam edən münaqişələrdən sonra sülhün bərpasına verdiyi töhfənin qiymətləndirilməsi kimi dəyərləndirilir”.Müsahibimiz vurğulayıb ki, Prezident həmçinin Azərbaycan və Ermənistan arasında münasibətlərin artıq əməkdaşlıq səviyyəsinə çatdığını, Ermənistanın əsas mallara, xüsusən neft məhsullarına çıxışı təmin olunduğunu və yüklərin daşınması üçün bütün məhdudiyyətlərin aradan qaldırıldığını bildirib.
Bu isə Qafqazda uzunmüddətli sülhün formalaşmasına xidmət edir.Yusif Bağırzadə: Azərbaycan həm daxili sabitlik, həm regional əməkdaşlıq, həm də enerji siyasətində strateji mövqeyini gücləndirib“Daxili sabitlik məsələsi də müsahibədə diqqət mərkəzində olub.
Prezident bildirib ki, Azərbaycan daxilində potensial risklər mövcud deyil və bütün təhlükələr yalnız xarici mənbələrdən gələ bilər.
Bu, ölkənin sabitlik və proqnozlaşdırıla bilən inkişaf prinsiplərinə ciddi önəm verdiyini göstərir.
Tam oxu
Xəbəri oxu