Azvision portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 avqust 1995-ci il tarixli 171 saylı əmri ilə Azərbaycan Dəmir Yoluna Azərbaycan Dövlət Dəmir Yolu adı verildi.
Hazırda Azərbaycan Dəmir Yolundakı 176 stansiyadan ikisi - Biləcəri və Şirvan avtomatlaşdırılmış təpəli iri çeşidləmə stansiyalarıdır.
12 stansiya hər cür lazımi maşın və mexanizmlərlə təchiz edilmiş konteyner meydançalarına malikdir.
3 stansiyada (Keşlə, Gəncə və Xırdalan) iri həcmli çoxtonnajlı konteynerlərlə əməliyyatlar icra edilir.
Əgər yarandığı ilk on ildə dəmir yolunun inkişafı neftçıxarmanın və neftayırmayın inkişafı ilə sıx bağlı idisə, XX əsrin ikinci yarısından etibarən dəmir yolu nəinki dinamik inkişaf edən çoxsahəli respublika iqtisadiyyatına uğurla xidmət edir, həm də qonşu ölkələrə böyük həcmli tranzit daşınmaları da yerinə yetirir.
XX əsrin 90-cı illərinin əvvələrində ermənilərin Azərbaycana hərbi təcavüzü nəticəsində Azərbaycan Dövlət Dəmir Yoluna da ciddi ziyan dəydi.
Naxçıvan istiqamətində Bakı-Naxçıvan-İrəvan dəmiryol xəttinin Mehri rayonu ərazisinindən keçən 46 kilometrlik ərazi Ermənistan tərəfindən blokadaya alındı.