Azərbaycanın diplomat xanımları neçə səfir, neçə konsul, neçə attaşe...

21.05.2025

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanın xaricdəki diplomatik korpuslarında çalışan qadınların sayı açıqlanıb.

Modern.az xəbər verir ki, bu barədə məlumat Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə hesabatında öz əksini tapıb.

Hesabat bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılıb.
Hesabata görə, Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərində çalışan diplomatların ümumi sayı 69 nəfərdir.
Onlardan 2-si səfir, 1-i baş konsul, 1-i səfir müavini, 9-u müşavir, 2-si konsul, 2-si vitse-konsul, 16-sı I katib, 19-u II katib, 8-i III katib, 9-u attaşedir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью