Azərbaycanın dörd bədii gimnastı Bakıdakı yarışda finala vəsiqə qazanıb

28.03.2025

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Azərbaycanın dörd gənc bədii gimnastı Bakı keçirilən “AGF Trophy” beynəlxalq turnirində finala vəsiqə qazanıb.

Bakıvaxtı.az-ın məlumatına görə, onlar halqa və topla hərəkətlər üzrə təsnifat mərhələsindən sonra buna nail olublar.

Şəms Ağahüseynova və Ayla İbrahimova topla hərəkətlərdə, Azadə Atakişiyeva və Nur Sadıqova halqa ilə hərəkətlərdə həlledici raundda mübarizə aparacaqlar.

Bu gün böyüklər iki növdə çıxış edəcəklər. Qrup hərəkətləri komandaları isə çoxnövçülükdə beş halqa ilə bacarıqlarını göstərəcəklər.

Turnirə martın 30-da yekun vurulacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью