Reyting.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycanın bəzi rayonlarına intensiv yağışlar, Kəlbəcər, Laçın, Qubadlı və Şahdağa isə qar yağır.
Reyting.az xəbər verir ki, bu, Milli Hidrometeorologiya Xidmətinin dekabrın 8-i saat 9:00-a olan faktiki hava şəraiti ilə bağlı proqnozunda bildirilir.
Məlumata görə, düşən yağıntının miqdarı Lənkaranda 21, Sədərəkdə 18, Astarada 15, Ağdamda 14, Zərdab, Şərur, Sabirabad, Kürdəmirdə 12, Şəki, İmişlidə 10, Şahbuz, Qubada 9, Qax (Sarıbaş), Zaqatala, Naxçıvan, Beylaqan, Gəncədə 8, Mingəçevir, Yevlax, Şəmkir, Naftalan, Balakən, Oğuz, Bərdə, Tərtərdə 7, Şirvan, Ordubad, Gədəbəy, Tovuz, Qəbələ, Neftçalada 6, Ağstafada 5, Cəbrayıl, Biləsuvar, Culfa, Goranboy, Ceyrançöl, Daşkəsən, Göyçay, Qusar, Lerik, İsmayıllı, Yardımlı, Şabran, Şamaxı, Xızı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Xaçmaz, Qobustanda 4, Bakıda və Abşeron yarımadasında isə1 mm-dir.
Şərur, Sədərək, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Balakən, Qax, Zaqatala, Şəki, Qəbələ, Şamaxı, Mingəçevir, Qusar, Xızı, Oğuz, Qobustan, Quba, Yevlax, Göyçay və Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.
Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitinin dekabrın 11-i səhərədək davam edəcəyi gözlənilir.