Azərbaycanın dörd cüdoçusu Sindao Qran prisində mübarizəyə başlayır

27.06.2026

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

Azərbaycan cüdoçuları Çinin Sindao şəhərində keçirilən Qran-pri turnirində mübarizəni davam etdirəcəklər.

İdman.Biz xəbər verir ki, ikinci yarış günündə yığmamızın dörd üzvü tatamiyə çıxacaq.

Kişilərin yarışında 73 kq çəkidə Rəşid Məmmədəliyev 1/16 finalda fransalı Natan Kadinyanla çinli Minqxao Canq arasındakı görüşün qalibi ilə üz-üzə gələcək.

81 kq-da Hidayət Heydərov ispaniyalı Xose Mariya Mendiola İskiyeta - braziliyalı David Lima cütünün qalibi ilə qarşılaşacaq. Eyni çəkidə Zelim Tçkayev monqolustanlı Enxtör Cuqderqarav və finlandiyalı Oskari Makinen görüşünün güclüsü ilə mübarizə aparacaq.

Qadınların yarışında isə Fidan Əlizadə 63 kq-da Dali Liluaşvili ilə qarşılaşacaq.

Qeyd edək ki, Südabə Ağayeva 70 kq çəkidə zədə səbəbindən özbəkistanlı Şirincon Yuldoşova ilə görüşə çıxmayacaq.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью