Azərbaycanın dörd karateçisi yarışı başa vurub

19.04.2025

Icma.az bildirir, Idman.biz portalına istinadən.

Qahirədə karate üzrə Premyer Liqa mərhələsi davam edir.

İdman.biz xəbər verir ki, artıq Azərbaycanın dörd idmançısı çıxışlarını başa vurub.

Əminağa Quliyev (60 kq), Nuran Rzazadə (66 kq), Fərid Ağayev (75 kq) və Mədinə Sadıqova (55 kq) qrup mərhələsini adlaya bilməyiblər.

Üçqat dünya çempionu İrina Zaretska (68 kq) və Turqut Həsənov (84 kq) bu gün mübarizəyə qoşulacaqlar.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью