Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Sabah Azərbaycan parlamentinin yaradılmasının 107-ci ili tamam olur. Bu tarix ölkənin siyasi yaddaşında müxtəlif hadisələrlə yadda qalıb.
Milli Məclisin tarixi, sözün bütün mənalarında, Azərbaycan xalqının yaşadığı dönüş nöqtələrinin təqvimidir.
Parlamentin institut kimi formalaşması, onun müstəqillik dövründə qazandığı status bu gün də əhəmiyyətini qoruyur.
Müsəlman Şərqində ilk parlamentin məhz Azərbaycanda fəaliyyətə başlaması milli siyasi mədəniyyətin göstəricisi kimi dəyərləndirilir.
107 illik bu yolun 35 ilinə isə eyni mandatla davam edən nadir şəxslər var. Onlar indi də deputatdılar.
Modern.az xəbər verir ki, müstəqillik dövründə keçirilmiş yeddi çağırış parlamentin hamısında deputat seçilən dörd siyasətçi Eldar İbrahimov, Ziyafət Əsgərov, Mixail Zabelin və İmamverdi İsmayılovun adları siyasi tarix faktında öz yerini tapıb.
Onlar Azərbaycanın müstəqilliyin ilk illəri, inkişaf və postmüharibə dövrünün parlament tribunasında təmsil olunan yeganə simalardır.