Azərbaycanın dövlət borcu azalıb RƏSMİ RƏQƏMLƏR AÇIQLANDI

28.10.2026

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanın dövlət borcu 2026-cı ilin ilk 9 ayı ərzində azalıb.

“AzPolitika” Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, oktyabrın 1-nə ölkənin ümumi dövlət borcu 23 milyard 896,3 milyon manat təşkil edib.

Bu, 2026-cı il üçün proqnozlaşdırılan ümumi daxili məhsulun (ÜDM) 17,3%-nə bərabərdir.

Dövlət borcunun 7 milyard 666,2 milyon manatı və ya 32,1%-i xarici, 16 milyard 230,1 milyon manatı və ya 67,9%-i daxili borcun payına düşüb.

Hesabata əsasən, ilin əvvəlindən xarici dövlət borcu 304 milyon ABŞ dolları, daxili dövlət borcu isə 1 milyard 574,4 milyon manat azalıb.

Beləliklə, manat ifadəsində ümumi dövlət borcu ilin əvvəlindən təxminən 2 milyard 91,2 milyon manat və ya 8% azalıb.

Qeyd edək ki, dövlət borcunun ÜDM-ə nisbəti 2025-ci ilin sonunda 20,1% təşkil edirdi. Hesabat dövründə bu göstərici 2,8 faiz bəndi azalıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью