Azərbaycanın dövlət büdcəsində 3 milyard manatdan çox profisit yaranıb

17.12.2024

Icma.az, Report.az portalına istinadən məlumat verir.

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 34 milyard 56,2 milyon manat, xərcləri isə 31 milyard 38,1 milyon manat təşkil edib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 14,9 % və 6,5 % çoxdur.

Son nəticədə 11 ayda büdcədə ümumi daxili məhsulun 3,3 %-i qədər - 3 milyard 18,1 milyon manat profisit yaranıb. Bu isə 1 il əvvələ nisbətən 6,2 dəfə çoxdur.

Bizim WhatsApp kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью