Azərbaycanın dövlət büdcəsinin profisiti 11 % ə yaxın artıb

05.05.2025

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 13 milyard 964,9 milyon manat, xərcləri isə 11 milyard 191,9 milyon manat təşkil edib.

525.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunlar, 2024-cü ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 24,8 % və 4,1 % çoxdur.

Büdcə gəlirləri proqnozdan 1,6 % çox, büdcə xərcləri isə proqnozdan 2,1 % az icra edilib.

Son nəticədə 4 ayda büdcədə 2 milyard 773 milyon manat profisit yaranıb. Bu isə 1 il əvvələ nisbətən 10,5 % çoxdur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью