Azərbaycanın dünya çempionatı üçün ilkin heyəti məlum oldu

10.11.2026

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək cüdo üzrə gənclər arasında dünya çempionatı üçün Azərbaycanın ilkin heyəti məlum olub.

İdman.Biz xəbər verir ki, Azərbaycan yarışda 14 idmançı ilə təmsil olunacaq. Onlardan doqquzu oğlan, beşi qızdır.

Oğlanların mübarizəsində Ayxan Mirzəzadə (60 kq), Məhəmməd Musayev (66 kq), Mehdi Abbasov, Cəsur İbadlı (hər ikisi 81 kq), Süleyman Şükürov, Aslan Kotsoyev (hər ikisi 90 kq), Davud Namazlı, Canpolad Əliyev (hər ikisi 100 kq) və Ramazan Əhmədov (+100 kq) qeydiyyatdan keçiblər.

Qızların yarışında isə Nərgiz Əhmədova (48 kq), Aysun Məmmədova (52 kq), Xədicə Qədəşova, Vüsalə Hacıyeva (hər ikisi 57 kq) və Hanna Zaytsevanın (63 kq) adları siyahıya daxil edilib.

Dünya çempionatında fərdi yarışlar noyabrın 19-21-də keçiriləcək. Noyabrın 22-də isə qarışıq komandaların mübarizəsi təşkil olunacaq.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью