Azərbaycanın dünyanın neft ehtiyatlarındakı payı az olsa da, Avropanın enerji təhlükəsizliyində rolu əvəzsizdir DEPUTAT

29.11.2024

Icma.az, Sonxeber.az portalına istinadən məlumat verir.

"Azərbaycanın dünyanın neft ehtiyatlarındakı payı az olsa da, Avropanın enerji təhlükəsizliyində rolu əvəzsizdir" - DEPUTAT

Azərbaycanın neft ehtiyatları dünya üzrə neft ehtiyatlarının cəmi 0,7 %-ni təşkil edir.

Sonxeber.az xəbər verir ki, bunu deputat Aydın Mirzəzadə Milli Məclisin bu gün keçirilən iclasında deyib.

Deputatın sözlərinə görə, buna baxmayaraq, Azərbaycan Avropanın enerji təhlükəsizliyində əvəzsiz rol oynayır. O xatırladıb ki, 1993-cü ildə dövlət büdcəsinə gəlirlərin 96 %-i neft-qaz satışından əldə olunurdu:

"Lakin müstəqillik dövründə neft sənayesinin modernləşdirilməsinə və qeyri-neft sektorunun inkişafına yönəldilmiş səylər nəticəsində hazırda büdcədə neft gəlirlərinin payı 48 %-ə enib. Bu azalma tendensiyasının gələcəkdə də davam edəcəyi gözlənilir".

A. Mirzəzadə əlavə edib ki, neft sazişləri Azərbaycanın investisiya gəlirlərinin artmasında, qeyri-neft sektorunun inkişafında və əhalinin rifahının yüksəlməsində mühüm rol oynayır.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью