Azərbaycanın ən böyük 10 qəsəbəsindən 9 u Bakıda yerləşir

08.12.2025

Icma.az, Yeniavaz saytına istinadən bildirir.


Açıqlanan sonuncu rəsmi məlumata görə, Azərbaycanda 263 qəsəbə mövcuddur.
Yeniavaz.com
xəbər verir ki, əhalinin sayına görə Azərbaycanın ən böyük qəsəbəsi Maştağa hesab olunur.
Sabunçu rayonunda yerləşən Maştağa qəsəbəsinin 91,8 min nəfər əhalisi var.
Maştağadan sonra ölkənin ən böyük qəsəbəsi Binə hesab olunur. Bu qəsəbədə 80,6 min insanın yaşadığı qeyd olunur. Onun ardınca Biləcəri və Qaraçuxur qəsəbələri gəlir –  hər birində 77 min nəfərə yaxın əhali yaşayır. İlk onluqda həmçinin Bakıxanov (65,2 min), M.Ə.Rəsulzadə (52,4 min), Hövsan (47,9 min), Binəqədi (45,1 min), Zabrat (38 min) və Saray (37,7 min) qəsəbələri yer alır.
Elnur Əli
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью