Azərbaycanın ən gözəl 10 xanım idmançısı FOTO

28.04.2026

Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xanımlar istənilən sahədə olduğu kimi, idmana da xüsusi yaraşıq verirlər. İdmanla məşğul olmaq isə onları daha da gözəl edir. Peşəkar idmanla məşğul olmaq zərif cinsin nümayəndələrinə gözəl və səliqəli bədən quruluşu verir. Xanım idmançılarımızın beynəlxalq yarışlarda təkcə uğurları ilə deyil, həm də cazibədar görkəmə malik olmaları ilə fəxr edə bilərik. Qeyd edək ki. xanım idmançılarımız hansı yarışda iştirak etməsindən asılı olmayaraq, daima bütün iştirakçılar arasında gözəlliyi ilə seçilirlər. BAKU.WS saytı Azərbaycanda ən cazibədar idmançılar arasından 10 xanımı müəyyənləşdirib. Siyahı ilə aşağıda tanış ola bilərsiniz. 1. İlahə Qasımova - Azərbaycanın karate üzrə qadınlardan ibarət yığma komandasının üzvü 2. Siyana Vasilyeva - Azərbaycanın bədii gimnastika yığmasının üzvü3. Yelizaveta Səmədova - Azərbaycan yığmasının voleybolçusu4. Nigar Cəlilli - Azərbaycanın futbol üzrə yığmasının yarımmüdafiəçisi5. Mariya Stadnik - Azərbaycanın qadınlardan ibarət güləş üzrə yığmasının lideri 6. Bahar Nəbiyeva - fitnes-modeli7. Fəridə Abiyeva - Azərbaycanın karate üzrə milli komandasının üzvü8. Aliyə Paşayeva - Azərbaycanın bədii gimnastika üzrə milli komandasının üzvü9. Aysun Əliyeva - Azərbaycanın milli komandasının futbolçusu 10. Ayşən Əbdüləzimova - Azərbaycan yığmasının və Bakının "Lokomotiv" klubunun voleybolçusu.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью