Azərbaycanın ən güclü güləşçiləri bəlli olub SİYAHI FOTO

18.04.2025

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

17 yaşadək güləşçilər arasında ölkə birinciliyində yunan-Roma güləşçilərinin mübarizəsinə yekun vurulub.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti açıqlayıb.

İlk dəfə Astara Olimpiya İdman Kompleksində keçirilən yarışın sonuncu günündə 5 çəkidə mübarizə başa çatıb. 48, 55, 65, 80 və 110 kq-da mükafatçılar müəyyənləşib.

Qeyd edək ki, sabah eyni məkanda qadın güləşi üzrə U15 və U17 ölkə birinciliyi keçiriləcək.

Yunan-Roma güləşi
48 kq

Qurban Məcnunov (Neftçi)
Aqşin Pənahlı (Kürdəmir)
Elmin Abbasov (Masallı), Elmir Abbasov (UGİM-2)

55 kq
Ayxan Əsədli (UGİM-2)
Nihat Bəhmənov (UGİM-10)
Fərid Nurməmmədli (MOİK), Xəzər İbrahimov (Sumqayıt, “Təhsil”)

65 kq
Ramil Musayev (UGİM-5, “Neftçi”)
Nihat Məhərrəmov (UGİM-2)
Hüseyn İsgəndərov (UGİM-2), Hüseyn Vəlizadə (Sumqayıt, AHİTA)

80 kq
Nicat Yeylaqaliyev (Abşeron)
Emil Abbasov (UGİM-5, “Neftçi”)
Aqil Mikayılov (Abşeron, Şahdağ), Ceyhun Soltanov (Şirvan)

110 kq
Rihad İbrahimli (Sumqayıt, “Təhsil”)
Rauf Mütəllimov (Sumqayıt-Təhsil, AHİTA)
Tuncay Əliyev (Şəmkir), Məhəmməd Mustafayev (UGİM-2)

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью