Azərbaycanın ən reytinqli idmançısı kimdir?

03.11.2026

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan idmançılarının 2026-cı ilin noyabr ayı üçün reytinq cədvəli açıqlanıb.

Futbolpress.az verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Qazaxıstanın paytaxtı Astanadakı dünya çempionatında gümüş medal qazanan sərbəst güləşçi Arseniy Djioyev birinci pilləyə yüksəlib. Onun aktivində 470 xal var.

Bakıdakı dünya çempionatında qızıl medal əldə edən Əhməd Yusifov 440 xalla ikinci olub. Üçüncü pillədə isə Giorgi Meşvildişvili yer alıb. O, Astanada keçirilən mundialda “bürünc” qazanmışdı. Meşvildişvilinin aktivində 410 xal var.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью