Azərbaycanın ən sərrast snayperi

02.05.2025

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Gənclər və İdman Nazirliyi və Azərbaycan Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən gənclər arasında güllə atıcılığı üzrə Azərbaycan birinciliyi davam edir.

İdman.biz xəbər verir ki, yarışın daha bir dəst medalı öz sahibini tapıb.

Qızlar kiçikçaplı tapançadan 25 m məsafəyə atəş açmaqda mübarizə aparıblar. Snayperlərin yarışında Sofiya Barxalova hamıdan sərrast olub. Əminə Ömərova ikinci yeri tutub. İlk “üçlüy”ü Xalidə Əliyeva qapayıb.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью