Azərbaycanın ən təhlükəli yolları SİYAHI

26.01.2026

Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.


Sabahdan etibarən Azərbaycanda hava şəraitinin dəyişəcəyi, bəzi bölgələrdə yağıntı, qar, duman və şaxtanın müşahidə olunacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, xüsusilə gecə və səhər saatlarında temperaturun enməsi yollarda buzlaşma və sürüşmə riskini artıracaq.


Məhz bu hava şəraiti ilə əlaqədar ölkənin bir sıra avtomobil yolları daha təhlükəli hesab olunur.

Bakupost.az hava dəyişikliyi fonunda ən riskli yolların siyahısını təqdim edir:

1. Şamaxı aşırımı

Külək, duman və tez-tez buz bağlaması səbəbilə hərəkət çətinləşir.

2. Quba–Xınalıq yolu

Dar dağ yolu, qar və görünüş məsafəsinin azalması ilə seçilir.

3. Gədəbəy yolları

Şaxtalı hava şəraitində kəskin eniş-yoxuşlar sürüşmə riskini artırır.

4. Daşkəsən–Göygöl istiqaməti

Dağlıq relyef və duman səbəbilə xüsusilə gecə saatlarında təhlükəlidir.

5. Kəlbəcər–Laçın avtomobil yolu

Qar, duman və sərt relyef hərəkəti çətinləşdirir.

6. Oğuz–Qəbələ yolu

Səhər saatlarında buzlaşma ehtimalı yüksəkdir.

Sürücülərə xəbərdarlıq

Mütəxəssislər sürücülərə dağlıq ərazilərə səfər edərkən qış təkərlərindən istifadə etməyi, sürət həddini azaltmağı və hava şəraitini nəzərə almağı tövsiyə edirlər.

Elnur,

BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью