Azərbaycanın enerji sahəsində əldə etdiyi nailiyyətlər bundan sonra da davam edəcək

04.06.2026

Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.


2026-cı il iyunun 1-də Bakı Ekspo Mərkəzində öz işinə başlayan Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimi Azərbaycanın beynəlxalq enerji məkanında artan nüfuzunu bir daha nümayiş etdirdi. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizin enerji sahəsində həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasətin uğurlu nəticələrindən bəhs etmiş, Azərbaycanın beynəlxalq enerji bazarında möhkəmlənən mövqeyini və strateji tərəfdaşlıqlarını diqqətə çatdırmışdır.
Ölkə başçısı vurğulamışdır ki, Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan etibarlı tərəfdaş kimi çıxış edir. Son illər ərzində ölkəmizdən təbii qaz idxal edən dövlətlərin sayının əhəmiyyətli dərəcədə artması Azərbaycanın enerji sahəsində qazandığı uğurların və beynəlxalq etimadın bariz göstəricisidir. Prezident İlham Əliyev qeyd etmişdir ki, həyata keçirilən strateji layihələr, xüsusilə Cənub Qaz Dəhlizi, Avropanın enerji təminatında mühüm əhəmiyyət kəsb edir və gələcəkdə bu marşrut vasitəsilə qaz alan ölkələrin sayı daha da artacaqdır.
Sonda qeyd etmək istərdim ki, uğurlu enerji strategiyası nəticəsində Azərbaycan artıq yalnız xarici sərmayələri cəlb edən ölkə deyil, eyni zamanda müxtəlif regionlarda iri investisiya layihələri həyata keçirən mühüm investor dövlətə çevrilmişdir. Bu gün SOCAR-ın dünyanın müxtəlif bölgələrində reallaşdırdığı layihələr ölkəmizin iqtisadi gücünün və beynəlxalq nüfuzunun artdığını göstərir. Prezident İlham Əliyev əminliklə vurğulamışdır ki, Azərbaycanın enerji sahəsində əldə etdiyi nailiyyətlər bundan sonra da davam edəcək, ölkəmizin beynəlxalq əməkdaşlıq əlaqələri daha da genişlənəcək və enerji sektorunda yeni uğurlara imza atılacaqdır.
Günay Nəsrəddinova
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью