Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Azərbaycanın enerji siyasəti dünya miqyasında yüksək qiymətləndirilir.
Prezidentimiz cənab İlham Əliyevin enerji siyasəti Azərbaycanın dünyadakı önəmini artıraraq, dünya enerji təhlükəsizliyində əhəmiyyətli regional aktora çevirib”.
Bu fikirləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Fatma Yıldırım 525.az-a deyib.
Deputat bildirib ki, hazırda dünyada və yaxın regionumuzda baş verən mürəkkəb geosiyasi proseslər fonunda ölkəmizin Avropa üçün önəmi xeyli dərəcədə güclənib.
Geosiyasi proseslər Avropanın enerji təhlükəsizliyi üçün yeni çağırışlar yaradır.
Dünyada bu gün Azərbaycanın təbii qazına olan ehtiyac artmaqdadır.
Şərq-Qərb nəqliyyat dəhlizi üzərində yerləşən Azərbaycan da öz coğrafi mövqeyinin verdiyi üstünlüklərdən faydalanaraq əməkdaşlıq edəcək ölkələrin hər biri üçün məqbul olacaq təkliflər verir.