Azərbaycanın enerji strategiyasının təməlində Əsrin müqaviləsi dayanır | Icma.az
Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Prezident İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimindəki çıxışı bir daha sübut etdi ki, Azərbaycan yalnız enerji ixracatçısı deyil, həm də enerji siyasətində regional və qlobal miqyasda strateji liderdir.
Dövlət başçısının çıxışında səsləndirdiyi tezislər təkcə energetika sahəsində əldə olunan nailiyyətləri deyil, həm də ölkəmizin geosiyasi çəki mərkəzinə çevrilməsi prosesini aydın şəkildə nümayiş etdirdi.
Bu sözləri Modern.az-a Milli Məclisin deputatı Azər Kərimli deyib.
Deputat bildirib ki, Azərbaycanın müasir enerji strategiyasının təməlində 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” dayanır: "Məhz həmin dövrdə Prezident Heydər Əliyevin strateji baxışı nəticəsində enerji sahəsinə yönəlmiş xarici sərmayələr ölkəmizin siyasi və iqtisadi sabitliyinin bünövrəsini qoydu.
O zaman Azərbaycan xarici investorlar üçün riskli ölkə kimi dəyərləndirilirdi.
Vətəndaş müharibəsi, işğal, yoxsulluq və iflic vəziyyətdə olan iqtisadiyyat bu mənzərənin acınacaqlı görüntüsünü göz önünə sərgiləyirdi.
Bu ağır şərtlər altında qəbul edilən cəsarətli qərarlar isə sonrakı illərdə Azərbaycanın inkişaf trayektoriyasını dəyişdirdi." Millət vəkili qeyd edib ki, bu gün, Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan sabit siyasi sistemə və özünü təmin edən iqtisadiyyata malik ölkədir: "ÜDM-in 30 faizindən çoxunu təşkil edən enerji sektoru, maliyyə ehtiyatlarının xarici borcdan 14 dəfə artıq olması və yoxsulluğun 5 faizə qədər enməsi, enerji resurslarının strateji və ağıllı idarəetməsinin nəticəsidir.
Tam oxu
Xəbəri oxu