Azərbaycanın əsas mesajı ondan ibarətdir ki... Hikmət Hacıyevdən AÇIQLAMA

13.07.2026

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumu çərçivəsində EUREFLECT-ə müsahibəsində mühüm fikirlər bildirib. O diqqətə çatdırıb ki, Azərbaycan Avropa İttifaqı (Aİ) və onun üzv dövlətləri ilə əməkdaşlığın daha da genişləndirilməsi üçün əhəmiyyətli potensiala malikdir. Onun sözlərinə görə, Azərbaycanın əsas mesajı ondan ibarətdir ki, ölkə sülh, birgəyaşayış, əməkdaşlıq, tərəfdaşlıq və dostluq məkanıdır.

SİTAT: "Biz bütün avropalı dostlarımızı görməyə şadıq. Aİ eləcə də onun ayrı-ayrı üzv dövlətləri ilə Azərbaycan arasında dostluq və tərəfdaşlıq münasibətləri formalaşıb. Bununla yanaşı, Aİ-nin bir çox ölkələri ilə ikitərəfli əlaqələr artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilib", - deyə H.Hacıyev bildirib.

Mətləb

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью