Azərbaycanın əsas neft idxalçıları bu ölkələrdir

27.11.2026

Banco.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan 2026-cı ilin yanvar-oktyabr aylarında 12 milyard 161 milyon 967 min ABŞ dolları dəyərində neft ixrac edib. 

Banco.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. 

Məlumata görə, ixrac edilən neftin miqdarı isə 18 milyon 392 min 916 ton təşkil edib. Azərbaycanın neft ixracından gəlirləri 2025-ci ilin eyni dövrü ilə müqayisədə 12,1% artıb, neftin həcmi isə 11,4% azalıb.

Hesabat dövründə Azərbaycanın əsas neft idxalçıları İtaliya (10,5 milyon ton), Çexiya (1,4 milyon ton), Rumıniya (1 milyon ton), Hindistan və Almaniya (716,8 milyon ton) olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью