Azərbaycanın FIFA referisi UEFA Superkubokuna təyinat aldı KONKRET

30.07.2025

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA-dan təyinat alıb.

KONKRET.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, UEFA Superkubokunun PSJ (Fransa) – “Tottenhem” (İngiltərə) qarşılaşmasının dördüncü hakimi olacaq.

Oyunu portuqaliyalı Joao Pedro Silva Pineyro idarə edəcək.

Qeyd edək ki, görüş avqustun 13-də İtaliyanın Udine şəhərindəki “Fruili” stadionunda keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью