Azərbaycanın fiqurlu konkisürmə millisinə daha bir əcnəbi idmançı cəlb olunub

02.07.2026

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Azərbaycanın fiqurlu konkisürmə üzrə heyətinin sıralarına daha bir yeniyetmə idmançı cəlb olunub.

Azərbaycan Qış İdman Növləri Federasiyasından (AQİFN) XQ-yə bildirilib ki, Beynəlxalq Fiqurlu Konkisürmə Birliyinə (İSU) yeniyetmə fiqurlu konkisürən Veronika Jilina ilə bağlı ünvanlanan müraciət müsbət dəyərləndirilib və rusiyalı idmançının tək konkisürmə dissiplini üzrə Azərbaycanı təmsil etməsinə rəsmi icazə verilib.

Veronika Jilina 2026–2027-ci illər mövsümündən etibarən beynəlxalq yarışlarda buz üstünə çıxaraq Azərbaycan adına mübarizə aparacaq.

Qeyd edək ki, hazırda tək konkisürmə dissiplini üzrə beynəlxalq yarışlarda ölkəmizi Səbinə Əliyeva, Leyli Axundova, Nərgiz Süleymanova və Arina Kaluqina təmsil edirlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью