Azərbaycanın Fransadakı səfirliyinin konsulluq bölməsi səyyar xidmət göstərəcək AzPolitika onlayn siyasiictimai qəzet

08.12.2024

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Azərbaycanın Fransadakı səfirliyinin konsulluq bölməsi Fransanın şəhərlərində səyyar konsulluq xidmətləri göstərəcək.

“Report”un Fransa bürosu xəbər verir ki, dekabrın 14-də Fransanın Nant şəhərində, fevralın 8-də Strasburq şəhərində konsulluq xidmətləri göstəriləcək.

Bu şəhərlərdə yaşayan azərbaycanlılar səyyar konsulluq xidmətləri zamanı Ümumvətəndaş pasportlarının yenilənməsi, konsulluq-hüquq sahəsində məsləhətlər üçün müraciət edə biləcəklər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью