Azərbaycanın Fransaya ixracı 50 dəfə azaldı KONKRET

26.03.2025

Icma.az, Konkret.az saytına istinadən bildirir.

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Fransaya 1 milyon 180,16 min dollar dəyərində məhsul ixrac edib.

KONKRET.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 50 dəfə azdır.

2024-cü ilin yanvar-fevral aylarında Azərbaycanın Fransya ixracı 59 milyon 55.49 min dollar dəyərində olmuşdu.

Ancaq Azərbaycanın Fransadan idxalı artıb. Azərbaycanın Fransadan idxalı bu ilin yanvar-fevral aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon 321.3 min dollar artaraq 33 milyon 709.27 min dollar olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью