Azərbaycanın futbol hakimi Avropa çempionatına təyinat alıb

05.03.2025

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Azərbaycanın FIFA referisi Elçin Məsiyev 21 yaşadək futbolçulardan ibarət komandalar arasında bu il Slovakiyada keçiriləcək Avropa çempionatının final mərhələsinə təyinat alıb.

AFFA-dan AZƏRTAC-a verilən məlumata görə, I kateqoriyaya malik E. Məsiyevin hakimlər briqadasında Elşad Abdullayev və Pərvin Talıbov köməkçi hakim funksiyasını yerinə yetirəcəklər.

Avropa çempionatının final mərhələsi iyunun 11-28-də 16 komandanın iştirakı ilə keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью