Azərbaycanın futzal komandası yarımfinalda

23.07.2026

Icma.az bildirir, Fanat saytına əsaslanaraq.

Azərbaycan İdman Akademiyasının (ASA) futzal komandası İtaliyanın Salerno şəhərində keçirilən Avropa Universitet Oyunlarında növbəti oyununu keçirib.

Fanat.Az xəbər verir ki, kollektiv ¼ final mərhələsində Portuqaliya komandasını 3:1 hesabı ilə məğlub edərək yarışın yarımfinalına vəsiqə qazanıb.

Qeyd edək ki, Azərbaycan İdman Akademiyasının Avropa Universitet Oyunlarında iştirakı Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA), Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının və Azərbaycan İdman Akademiyasının dəstəyi ilə həyata keçirilir.

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью