Azərbaycanın futzal millisi Çexiya ilə heç heçə edib

05.11.2026

Icma.az bildirir, Azertag portalına istinadən.

Lənkəran, 5 noyabr, AZƏRTAC

Dünya çempionatının əsas seçmə mərhələsi çərçivəsində futzal üzrə Azərbaycan millisi ilk ev oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, XII qrupda yer alan yığmamız Lənkəran Olimpiya İdman Kompleksində Çexiya komandası ilə qarşılaşıb. Görüş 2:2 hesabı ilə başa çatıb.

Azərbaycan millisinin heyətində Kənan Manafov fərqlənib. Çexiya yığmasının üzvü Radim Zarubanın avtoqolu da komandamızın hesabına yazılıb. Rəqibin heyətində Mixal Seydler qol vurub, Azərbaycan millisinin üzvü Murad Quluzadə isə avtoqol müəllifi olub.

Qeyd edək ki, XII qrupda Çexiya millisi iki oyundan sonra 4 xalla liderdir. Bir matçda 1 xal toplayan Latviya ikinci, iki qarşılaşmadan sonra 1 xal qazanan Azərbaycan yığması isə üçüncü pillədə qərarlaşıb.

Azərbaycan millisi növbəti oyununu noyabrın 8-də keçirəcək. Yığmamız Bakı İdman Sarayında saat 20:00-da Latviya komandası ilə qarşılaşacaq.

Müxbir - Mikayıl Məmmədov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью