Azərbaycanın gənc qolfçusu beynəlxaq turnirin qalibi olub

07.08.2026

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 7 avqust, AZƏRTAC

Azərbaycanın gənc qolfçusu Emin Rzayev beynəlxalq turnirdə növbəti uğura imza atıb.

Azərbaycan Qolf Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, Qazaxıstanın Almatı şəhərində keçirilən "Kazakhstan Junior Open 2026" beynəlxalq turnirində iştirak edən idmançı bütün rəqiblərini qabaqlayaraq yarışın qalibi olub.

İki gün davam edən turnir "Stroke Play Gross" formatında təşkil edilib. Yarışın yekun nəticələrinə əsasən, Emin Rzayev 10 yaş kateqoriyasında yüksək nəticə göstərərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və qızıl medala sahib çıxıb.

Bununla da gənc qolfçu ötən il əldə etdiyi uğuru təkrarlayaraq beynəlxalq arenada növbəti dəfə çempion adını qazanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью