Azərbaycanın gimnastika hakimi birinci kateqoriyaya yüksəlib AZƏRTAC

13.12.2024

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 13 dekabr, AZƏRTAC

Azərbaycanın qadın idman gimnastikası üzrə hakimləri Anjella Abdullayeva və Kristina Pravdina fərqləniblər.

Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, onlar İsveçrənin Lozanna şəhərində Beynəlxalq Gimnastika Federasiyası tərəfindən keçirilən 2025-2028-ci illər Olimpiya dövrünü əhatə edən qitələrarası hakimlik kurslarını uğurla başa vurublar.

Yüksək nəticə göstərən hakimlərimizdən Anjella Abdullayeva birinci, Kristina Pravdina isə ikinci kateqoriyaya yüksəlib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью