Azərbaycanın gimnastika hakimi III kateqoriyaya yüksəlməsinə münasibət bildirib | Icma.az
Report.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycanın gimnastika hakimi İradə Qurbanova Gürcüstanda keçirilən kurslarda üçüncü kateqoriyaya yüksəlməsinə münasibətini bildirib.
O, “Report”a açıqlamasında kurslarda böyük çətinlik yaşamadığını bildirib.
Mütəxəssis bəzi hakimlərin daha yüksək kateqoriya əldə etməsinə görə şad olduğunu deyib: “Çox şadıq ki, hakimlərimiz öz kateqoriyalarını təsdiqləyiblər.
Bəziləri isə üçüncü kateqoriyaya yüksəliblər. Kurslarda çətinlik olmadı. Müəyyən dil problemləri var idi. İngilis dilində başa düşürük.
Sadəcə, oxumaq və fikrimizi çatdırmaqda bir qədər çətinlik yaşayırıq. Ona görə də kurslara diqqətlə qulaq asmağa çalışırdıq.
İstənilən halda ilk kateqoriyamız deyil. Mən 8 il II kateqoriyada qalmışam. Çünki bu müddətdə hakimlik etməmişdim.
Yalnız məşqçi kimi yarışlara getmişdim. Bu səbəbdən III kateqoriyaya yüksəlməkdə çətinlik yaranmışdı”.
Tam oxu
Xəbəri oxu