Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan iqtisadiyyatında yeni sənaye mərhələsinin formalaşdırılması baxımından dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramının qəbulu mühüm istiqamətlərdən birini ortaya qoyur. 2027–2030-cu illəri əhatə edən proqram yalnız yeni yataqların istismara verilməsi və xammal hasilatı ilə məhdudlaşmır. Qarşıya qoyulan əsas məqsəd təbii resursların iqtisadi dəyərə çevrilməsi, hasilatdan emala qədər tam istehsal zəncirinin qurulması və qeyri-neft sektorunun daha da şaxələndirilməsidir.
Bu yanaşma Azərbaycanın son iki onillikdə formalaşdırdığı iqtisadi və infrastruktur bazasının üzərində qurulur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, son illərdə qəbul edilmiş dövlət proqramları konkret hədəflərə, maliyyə təminatına və icra-nəzarət mexanizmlərinə əsaslanır. Dağ-mədən və metallurgiya proqramının da dörd il ərzində icra edilməsi nəzərdə tutulur.
İnfrastruktur quruldu, indi növbə yeni sənaye mərhələsindədir
Dağ-mədən sektorunun inkişafını ayrıca proses kimi qiymətləndirmək düzgün olmazdı. Bu sahənin real potensialının üzə çıxarılması üçün ilk növbədə ölkənin enerji, nəqliyyat, kommunal və sosial infrastrukturu formalaşdırılmalı idi.
2004-cü ildən etibarən regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində ölkənin müxtəlif bölgələrində genişmiqyaslı infrastruktur layihələri həyata keçirilib. Avtomobil və dəmir yollarının, hava limanlarının, enerji və sosial obyektlərin yaradılması regionların iqtisadi aktivliyini artırıb. Bu proses bu gün də davam edir.
Enerji sahəsində əldə edilən nəticələr isə sənaye layihələrinin gələcək inkişafı üçün mühüm baza yaradır. Ölkədə qazlaşma səviyyəsinin 96 faizə çatması, 25 milyard kubmetrdən çox qaz ixracının həyata keçirilməsi və elektrik enerjisi üzrə kifayət qədər generasiya potensialının yaradılması Azərbaycanın enerji təhlükəsizliyini gücləndirib. Bu imkanlar enerji tutumlu sahələrin, o cümlədən metallurgiyanın inkişafı üçün də strateji əhəmiyyət daşıyır.
Başqa sözlə, əvvəlki mərhələdə əsas məqsəd regionların və ölkənin iqtisadi infrastrukturunun qurulması idisə, qarşıdakı mərhələdə həmin infrastrukturun üzərində daha yüksək əlavə dəyər yaradan sənaye sahələrinin genişləndirilməsi gündəmə gəlir.
Qeyri-neft sektorunda yeni artım mənbələriЧитать полностью