Azərbaycanın güllə atıcıları QranPridə komanda yarışının qalibi olublar AZƏRTAC

23.11.2024

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 23 noyabr, AZƏRTAC

Azərbaycanın güllə atıcıları Serbiyanın Smederevo şəhərində gənclər arasında keçirilən Qran-Prinin komanda yarışlarında uğurla çıxış ediblər.

Azərbaycan Atıcılıq Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçmada oğlanlardan ibarət milli komandamız qızıl, qızlardan ibarət kollektiv isə gümüş medal qazanıb.

Qeyd edək ki, eyni proqramın fərdi yarışlarında Vladislav Kalmıkov qızıl, Leyli Əliyeva gümüş, İmran Qarayev bürünc mükafata yiyələnib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью