Azərbaycanın güllə atıcısı Almaniyada bürünc medal qazanıb

25.01.2025

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 25 yanvar, AZƏRTAC

Azərbaycanın güllə atıcısı Leyli Əliyeva Almaniyanın Münxen şəhərində keçirilən "H&N Kuboku"nda yüksək nəticə göstərərək bürünc medal qazanıb.

Azərbaycan Atıcılıq Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, idmançı pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma yarışında 213.9 xal toplayaraq üçüncü yerə layiq görülüb.

Turnirə yanvarın 26-da yekun vurulacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью