Azərbaycanın güllə atıcısı QranPridə bürünc medal qazanıb

23.11.2024

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanın güllə atıcısı İmran Qarayev Serbiyanın Smederevo şəhərində gənclər arasında keçirilən Qran-Pridə bürünc medal qazanıb.

AZƏRTAC xəbər verir ki, idmançı pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma yarışında 568 xal toplayıb.

Qeyd edək ki, daha əvvəl eyni növdə qüvvəsini sınayan Vladislav Kalmıkov qızıl, Leyli Əliyeva isə gümüş mükafata yiyələnib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью